Netanyahudan Bennetə: Siz İran qarşısında zəifsiniz!

Netanyahudan Bennetə: Siz İran qarşısında zəifsiniz!

Sionist rejimin sabiq baş naziri Benyamin Netanyahu və bu rejimin nazirlər kabinetində vəzifə tutmuş bir sıra rəsmilər Naftali Benneti İrana qarşı zəiflik nümayiş etdirdiyinə görə tənqid ediblər.

Benyamin Netanyahu deyib:
“Biz bu hökumətə bir söz deməyə gəlmişik. Evinizə qayıdın. Siz İsrailin yəhudi kimliyinə xələl gətirirsiniz. Evinizə qayıdın, siz İran qarşısında zəifsiniz. Siz terrora qarşı da zəifsiniz”.
Son aylarda Benyamin Netanyahu dəfələrlə Bennet kabinetinin İrana münasibətini və siyasətini kəskin tənqid edib. O, ötən mart ayında demişdi ki, “İranlılar (danışıq masası arxasında) şir kimi döyüşür, İsrail isə dovşan kimi təslim olub”.

Xəbəri paylaş

VİDEOLAR