Netanyahu Trampı Nobel Sülh Mükafatına namizəd göstərib

Netanyahu Trampı Nobel Sülh Mükafatına namizəd göstərib

Sionist İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərib.

Az.rasthaber.com xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp Ağ Evdə görüşüb.

Görüş zamanı Netanyahu Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüyünü açıqlayıb. İkili axşam yeməyində Fələstində iki dövlətli həlli də müzakirə ediblər.

Görüş zamanı Netanyahu Trampa məlumat verib ki, o, ABŞ liderini Sülh Mükafatına namizəd göstərmək üçün Nobel Mükafatı Komitəsinə məktub göndərib. Netanyahu çıxışında bunları deyib:

"Cənab Prezident, Nobel Mükafatı Komitəsinə göndərdiyim məktubu sizə təqdim etmək istərdim. Bu məktubda siz çox layiq olduğunuz Sülh Mükafatına namizədliyiniz irəli sürülüb. Mükafatı almalısınız".

Xəbəri paylaş

VİDEOLAR