İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant mühasirə altındakı Qəzza zolağına hücumların davam edəcəyini təkrarlayıblar.
Az.rasthaber.org xəbər verir ki, Benyamin Netanyahu İsrailin cənubundakı Nevatim Hərbi Hava Bazasına baş çəkib.
Qəzzaya hücumların davam edəcəyini bildirən Netanyahu deyib: "Heç kim bizi yanlış mühakimə etməməlidir. Qələbəyə qədər havadan, qurudan və dənizdən döyüşməyə davam edəcəyik".
Qondarma rejimin Müdafiə naziri Yoav Qallant da Qəzzaya hücumların davam edəcəyini bildirib.
Hərbi hissəyə səfəri zamanı çıxış edən Yoav Qallant deyib: "Qəzzada girovlar olduğu müddətcə müharibəni bitirə bilmərik. Girovları azad etmənin yolu hərbi təzyiqdir".