Sionist rejim vətəndaşlarının sərt etirazlarına göz yuman Netanyahu, qərarından dönməyəcəyini bildirib.
APA-nın məlumatına görə, bu barədə Netanyahu özünün “Twitter“ səhifəsində yazıb. Körpə qatili kimi tanınan baş nazirin sözlərinə görə, prezidentin planı hakim koalisiyanın can atdığı hakimiyyət qolları arasında balansı təmin etmir.
“Təəssüf ki, prezidentin təklifi koalisiya nümayəndələri ilə razılaşdırılmadı. Onun təqdim etdiyi planın əsas hissələri yalnız mövcud vəziyyəti gücləndirir və İsraildə hakimiyyət qolları arasında lazımi tarazlığı gətirmir. Bu, acı həqiqətdir”.
Netanyahu, prezidentin məhkəmə islahatları ilə bağlı danışıqlar aparmaq cəhdlərini alqışlayıb, müxalifəti dialoqa hazır olmamaqda ittiham edib.