ABŞ dövlət katibi Entoni Blinken və işğalçı İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi HƏMAS qorxusundan bunkerə sığınıblar.
Dövlət Departamentinin mətbuat katibinin ətraflı məlumat verdiyi kimi, görüş iştirakçıları bunkerdə dəqiqələrlə vaxt keçiriblər, bundan sonra onlar oranı tərk edib, görüşlərini davam etdiriblər, daha sonra müzakirələri davam etdirmək üçün İsrail Müdafiə Nazirliyinin komandanlıq mərkəzinə gediblər.
Qeyd edək ki, bu, ABŞ dövlət katibinin HƏMAS-la müharibə başlayandan sonra işğalçı İsrailə ikinci səfəridir.