Netanyahu: HƏMAS-ın şərtlərini qəbul etsək, əsgərlər boş yerə ölmüş olacaq

Netanyahu: HƏMAS-ın şərtlərini qəbul etsək, əsgərlər boş yerə ölmüş olacaq

İşğalçı sionist İsrailin baş naziri Binyamin Netanyahu HƏMAS-ın əsirlərin mübadiləsi təklifini rədd etdiyini bildirib və “Biz bütün cəbhə və sektorlarda müharibəni davam etdiririk” deyib.

Az.rasthaber.org xəbər verir ki, Netanyahu video bəyanatında indiyədək 110 əsiri geri gətirdiklərini və onların hamısını geri qaytarmaqda qərarlı olduqlarını, “Həmasın təslim olma şərtlərini” rədd etdiyini bildirib.

HƏMAS-ın məhbusların azad edilməsi müqabilində müharibənin dayandırılmasını və İsrail qüvvələrinin Qəzzanı tərk etməsini tələb etdiyini bildirən Netanyahu, bunu qəbul etsələr, "əsgərlərin boş yerə öləcəyini, vətəndaşların təhlükəsizliyinin təmin oluna bilməyəcəyini və daha 7 oktyabrın sadəcə zaman məsələsi olacağını" bildirib.

Netanyahu deyib:

"Biz müharibəni bütün cəbhələrdə və sektorlarda davam etdiririk. Heç bir terrorçuya toxunulmazlıq vermirik. Nə Qəzzada, nə Livanda, nə Suriyada, nə də başqa yerdə. Bizə zərər verməyə çalışan hər kəsə zərər verəcəyik".

Xəbəri paylaş

VİDEOLAR