Netanyahu bütün işçilərilə karantinə alındı

Netanyahu bütün işçilərilə karantinə alındı

Netanyahu müşavirində koronavirus aşkarlandığına görə karantinə alınıb

Rasthaber Azərbaycan xəbər verir ki, İsrailin baş naziri Benyamin Netanyahu və ona tabe olan bütün işçilər koronavirus təhlükəsi və şübhəsilə karantinə alınıb.

Bu haqda The Times of Israel yazır.
Məlumata görə, Netanyahunun qadın müşaviri Rivki Paluxda koronavirus yoluxması aşkar edildiyindən, onunla təmasda olan bütün işçilər, o cümlədən Netanyahu karantində izolyasiya ediləcək.
Netanyahu və işçilərinin testləri araşdırılana qədər, həmçinin şəxsi həkimin qərarından sonra karantin müddəti bitmiş olacaq.
Qeyd edək ki, İsraildə koronavirus Covid 19-dan 16 nəfər ölüb, bir gündə 482 nəfərdə bu epidemiya təsbit edilib
Məlumata görə, ümumilikdə İsraildə 4387 nəfər bu virusun daşıyıcısı var.

Xəbəri paylaş

VİDEOLAR