Netanyahu Braziliya prezidentini təhdid edib

Netanyahu Braziliya prezidentini təhdid edib

Netanyahu "İsraili nasist Holokostu və Hitlerlə müqayisə etməyin qırmızı xətti keçdiyini" iddia edib.

Az.rasthaber.com xəbər verir ki, sionist İsrailin baş naziri Benyamin Netanyahu Braziliya prezidenti Lula da Silvanın sionist İsrailin Qəzzadakı hərəkətlərini Hitlerin yəhudilərə qarşı törətdiyi qətliamla müqayisə etməsinə təhdid dili ilə cavab verib və deyib: “Qırmızı xətt keçilib”.

Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın sözlərindən sonra verdiyi yazılı açıqlamada Netanyahu, Silvanın sözlərinin “utanc verici və qorxulu” olduğunu və söhbətin “Holokostu əhəmiyyətsizləşdirmək və İsrailin özünü müdafiə etmək hüququna zərər verməkdən” getdiyini iddia edib.

Netanyahu həmçinin "İsraili nasist Holokostu və Hitlerlə müqayisə etməyin qırmızı xətti keçdiyini" iddia edib.

Xəbəri paylaş

VİDEOLAR