Qazaxıstan parlamentin aşağı palatası sabiq prezident Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayevanın deputat səlahiyyətlərinə xitam verilməsi barədə qərar verib.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, Dariqa Nazarbayeva şəxsən bununla bağlı Mərkəzi Seçki Komissiyasına müraciət edib.
Deputatlar yekdilliklə onun səlahiyyətlərinə xitam verilməsinə səs veriblər.
58 yaşlı Dariqa Nazarbayeva 2021-ci ilin yanvarın deputat idi.
Müxtəlif illərdə o, Qazaxıstan parlamentinin yuxarı palatasının (Senat) sədri, Baş nazirini müavini və s. vəzifələrdə çalışıb.