Aysultan Nazarbayev Böyük Britaniyadan siyasi sığınacaq istəyib.
Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayev Böyük Britaniyadan siyasi sığınacaq istəyib.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bu barədə Aysultan Nazarbayev öz "Facebook" səhifəsində bildirib.
Qazaxıstan liderinin nəvəsi qərarının ailəsi tərəfindən olan təzyiqlə bağlı olduğunu bildirib. O bəyan edib ki, ölkədə olan korrupsiya faktlarına dair məlumatlar var.
Nazarbayev eyni zamanda vurğulayıb ki, bütün təfərrüatları Böyük Britaniyanın "Times" nəşrinə açıqlayıb və buna dair məqalə yaxın vaxtlarda dərc olunacaq.