Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev koronavirusa tutulub.
Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bunu onun mətbuat katib Aydos Ukibay öz "Twitter" səhifəsində yazıb.
"Hazırda Qazaxıstanın Birinci Prezidenti özünü təcrid edib. Çox təəssüflər olsun ki, Elbasının koronavirusla bağlı sonuncu testi pozitiv olub. Narahatlığa heç bir əsas yoxdur. Nursultan Nazarbayev məsafədən işləməyə davam edir", - deyə Ukibay öz "Twitter" səhifəsində yazıb.
В настоящее время Первый Президент Казахстана находится на самоизоляции. К сожалению, последний тест Елбасы на коронавирусную инфекцию показал положительный результат. Повода для беспокойства нет. Нурсултан Назарбаев продолжает работать дистанционно. https://t.co/G6zH75j3E1 pic.twitter.com/KMkYwOob4h
— Aidos Ukibay (@Aidos_Ukibay) June 18, 2020
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,3 milyonu keçib, 448 mindən çox adam isə virus səbəbilə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.