21.08.2021 10:23:55
Cari ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 540,8 manata çatdırılıb.
Rasthaber Azərbaycan xəbər verir ki, bu barədə muxtar respublikanın Dövlət Statistika Komitəsindən məlumat verilib.
Qeyd edilir ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.