Navalnı Rusiyadan Berlin xəstəxanasına köçürüldü

Navalnı Rusiyadan Berlin xəstəxanasına köçürüldü

Bloger Aleksey Navalnı təyyarə ilə Omskdan Berlinə aparılıb.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən bildirir ki, blogerin olduğu reanimobil aeroporta polisin müşayiəti ilə gəlib.

Omsk həkimləri Navalnını müalicə etmək üçün xaricə aparılmasına icazə verilblər. Blogerə görə Omska almaniyalı həkim briqadası gəlib, məsləhətləşmələr aparıb. Həkimlərin sözlərinə görə, Navalnının beyni sabit vəziyyətdədir, hazırda həyatı üçün təhlükə yoxdur.

Aleksey Navalnının xəstəxanaya aparılma səbəbi

Cümə axşamı səhər Tomskdan Moskvaya uçan təyyarə Omskda təcili eniş edib. Göyərtədəki blogerin halı pisləşdiyindən onu reanimasiyaya yerləşdiriblər.

S7 aviaşirkətinin məlumatına görə, təyyarədə olarkən Aleksey Navalnı heç nə yeməyib və içməyib. Uçuşdan öncə isə aeroportun kafesində çay içib.

Omsk həkimləri onun orqanizmində zəhər elementləri aşkarlamayıblar. Həkimlərin əsas diaqnozu maddələr mübadiləsinin pozulması nəticəsində qanda şəkərin kəskin enməsidir.

Xəbəri paylaş

VİDEOLAR