Navalnı hər an ölə bilər

Navalnı hər an ölə bilər

Həkim Yaroslav Aşixmin bildirib

Rastahber voa-ya istinadən xəbər verir ki, həbsxanada üçüncü həftədir aclıq edən Rusiya müxalifət lideri Aleksey Navalnının həkimi onun səhhətinin sürətlə pisləşdiyini və Kremlin 44 yaşlı tənqidçisinin vəziyyətinin “ölüm həddinə çata biləcəyini” deyib.

Həkim Yaroslav Aşixmin bildirib ki, Navalnın ailəsinin ona təqdim etdiyi testlərin nəticələri kalium səviyyəsinin ürək tutmasına səbəb ola biləcək qədər yüksəldiyini və böyrəklərin zədələnməsini göstərən kreatinin səviyyəsinin artdığını göstərir.

“Pasiyentimiz hər an ölə bilər”, həkim Facebook səhifəsində yazıb.

Navalnının dəstəklədiyi Həkimlər Alyansı birliyinin rəhbəri Anastasiya Vasilyeva Twitter səhifəsində yazıb ki, “dərhal tədbir görülməlidir”.

Navalnı Rusiya prezidenti Vladimir Putinin ən tanınmış və kəskin tənqidçisidir.

Xəbəri paylaş

VİDEOLAR