NATO Ukraynada münaqişəni özü üçün ideal ssenari hesab edir

NATO Ukraynada münaqişəni özü üçün ideal ssenari hesab edir

NATO Ukraynada sonu olmayan münaqişəni özü üçün ideal ssenari hesab edir.

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev “Arqumenti i faktı” qəzetinə müsahibəsində bildirib.

"Əgər Ukrayna müstəqil qalsaydı və NATO və Avropa İttifaqına daxil olmaq ideyasını dəstəkləyən hazırkı marionet rejim tərəfindən idarə olunmasaydı, o zaman bütün nasistləri öz torpaqlarından çoxdan qovardı. Bu arada, ABŞ-ın rəhbərlik etdiyi bütün Şimali Atlantika Alyansı üçün ideal ssenari bu ölkədə sonu olmayan münaqişədir. Qərbə Ukrayna Rusiyaya qarşı müqavimət göstərmək, həm də köhnəlmiş silahların utilizasiyası üçün sınaq meydançası kimi lazımdır",- deyə Patruşev qeyd edib.

Xəbəri paylaş

VİDEOLAR