21.03.2022 10:55:19
Norveçin şimal-qərbində Nordland rayonunda qəzaya uğrayan ABŞ hərbi təyyarəsinin ekipaj üzvlərinin cəsədləri tapılıb.
Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə Norveç Müdafiə Nazirliyi məlumat yayıb.
Qəzaya uğrayan təyyarənin 4 ekipaj üzvündən hamısı ölüb.
Onlar Norveçdə NATO-nun “Soyuq cavab” təlimlərində iştirak edirdi.