NATO-nun baş katibi Türkiyəyə səfər edəcək

NATO-nun baş katibi Türkiyəyə səfər edəcək

NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 3-5-də Türkiyədə səfərdə olacaq.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, Stoltenberq Türkiyədəki təmasları zamanı prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və milli müdafiə naziri Hulusi Akarla görüşəcək.

Bildirilib ki, Stoltenberq noyabrın 3-də Çavuşoğlu ilə mətbuat konfransı keçirəcək.

Məlumata görə, noyabrın 4-də İstanbulda prezident Ərdoğanla görüşəcək Stoltenberq həmin gün Çanaqqalaya da səfər edəcək.

Stoltenberqin danışıqlarında İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə yanaşı, Rusiya-Ukrayna müharibəsi ilə bağlı hadisələrin də müzakirə ediləcəyi gözlənilir.

Qeyd edək ki, NATO baş katibi Türkiyəyə səfərindən əvvəl Finlandiyanın baş naziri Sanna Marin və İsveçin baş naziri Ulf Kristersson ilə telefon danışığı aparıb.

Stoltenberqdən sonra İsveçin yeni baş naziri Ulf Kristerssonun noyabrın 8-də Türkiyədə prezident Ərdoğanla görüşü gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR