NATO ilə əməkdaşlıq edən 500 əfqan ailəsilə təxliyə olunub

NATO ilə əməkdaşlıq edən 500 əfqan ailəsilə təxliyə olunub

NATO daha əvvəl Əfqanıstanda aylansda işləyən 500 əfqan və ailələrinin bu ölkədən təxliyə edildiklərini bildirib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, NATO-nun bununla bağlı məlumatına görə, NATO Müdaxilə Qüvvələri müttəfiqlərlə və beynəlxalq ictimaiyyətlə birlikdə təxliyə və köçürmə səylərini dəstəkləyir.

Məlumatda NATO əməkdaşları və onların ailələri ilə yanaşı Əfqanıstanda alyansla işləyənlərin də təhlükəsiz yerlərə aparmaq öhdəliyi xatırladılıb və bildirilib ki, NATO ilə işləyən 500-dən çox əfqan və ailəsi təxliyə edildi və müttəfiq əsgərlərin dəstəyi ilə Avropadakı bazalardakı müvəqqəti obyektlərdə yerləşdirildi. Bu insanların müttəfiq ölkələrə göndərilmələri üçün nizamlamalar aparılır. NATO bu insanları evlə təmin etmək, qayğı göstərmək və dəstək vermək mövzusunda müttəfiqlərlə işləyir. 
Onların nə vaxt təxliyə edildiyi barədə isə məlumat verilməyib.

Məlumatda koalisiya səyləri çərçivəsində Kabil hava limanından indiyə qədər 12 min insanın təxliyə edildiyi vurğulanıb.

Xəbəri paylaş

VİDEOLAR