Tapıntı barədə məlumatlar SOFIA teleskopu vasitəsi ilə əldə edilib.
Rasthaber “Gazeta”-ya istinadən xəbər verir ki, NASA başçısı Cim Braydenstayn bəyan edib ki, Ayın Günəş tərəfindən işıqlandırılan səthində su aşkar edilib.
Onun sözlərinə görə, tapıntı barədə məlumatlar SOFIA teleskopu vasitəsi ilə əldə edilib.
“Biz ilk dəfə olaraq Ayın günəşli tərəfində suyun mövcudluğunu təsdiq edə bilirik”, – deyə Braydenstayn qeyd edib.
O bildirib ki, NASA hələ həmin suyun resurs kimi istifadə edilib-edilməmə imkanı barədə məlumatlı deyil. Üstəlik Ayda suyun mövcudluğu NASA-nın gələcək araşdırma planları üçün əsas məsələ deyil.