İşğal altında olan İordan çayının qərb sahilində yerləşən Nablusda, habelə Qüdsün şimal-şərqində yerləşən Şafat düşərgəsində baş verən silahlı qarşıdurmada fələstinlilərdən ölən və yaralananlar var.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, “Maale-Adumim” bölgəsində bir fəslətinli gənc İsrail qüvvələri ilə silahlı qarşıdurmada həlak olub.
Nablus və Şafat bölgəsində İsrail qüvvələri ilə toqquşma və atəşmada yaralananlar var.
Fələstinlilərin ölümü və yaralanması ilə bağlı İordan çayının qərb sahilinin bütün bölgələrində bu gün ümumi tətil elan edilib.
Sabah Qüds şəhəri istiqamətində fələstinlilərin aksiyaları gözlənilir.
Son aylarda işğal altında olan İordan çayının qərb sahilində gərginlik kəskin artıb.