"Ən-Nəqib toplantısında İrana qarşı koalisiya yaratmaq mövzusu olmayıb"

“Ən-Nəqib toplantısında İrana qarşı koalisiya yaratmaq mövzusu olmayıb.”

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Misirin xarici işlər naziri Samih Şükri qətərli həmkarı ilə birgə mətbuat konfransında deyib.

O bildirib ki, İsraildə ən-Nəqib toplantısında İrana qarşı koalisiya yaratmaq mövzusu olmayıb.

Eyni zamanda o bildirib ki, Misir beynəlxalq qanunlara əsasən əməkdaşlığı nəzərdə tutur və digər ölkələrin daxili məsələlərinə müdaxilə etmir. O əlavə edib ki, ərəb ölkələri ilə münasibətdə bu qaydaları pozan tərəflərin addımları müşahidə altında saxlanılır.

Qeyd edək ki, ilk dəfə olaraq Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş, Bəhreyn və Misirin xarici işlər nazirləri İsraildə “ən-Nəqib zirvə toplantısı”na qatılıblar.

Məlumata görə, tarixi Fələstin ərazisi “ən-Nəqib” bölgəsində keçirilən bu toplantıda dünya ictimaiyyətinin İranla əldə etmək istədiyi “nüvə sazişi" və rəsmi Tehrana qarşı birgə səylər müzakirə edilib.

İsrail mətbuatının məlumatına görə, nüvə sazişi çərçivəsində İranın İslam İnqilabının Keşikçilər Ordusunun ABŞ-ın qara siyahısından çıxarılması ilə bağlı xəbərlər “ən-Nəqib” toplantısına yığışan ərəb və İsrail tərəfdaşlığını narahat edən müştərək cəhəti olub.

Xəbəri paylaş

VİDEOLAR