Ən böyük vaksin istehsalçısı işə başladı: Hökümətlərlə danışıqlar gedir...

Ən böyük vaksin istehsalçısı işə başladı: Hökümətlərlə danışıqlar gedir...

Bu gün bütün dünyada yayılan COVİD-19 virusu ilə əlaqədar olaraq bir neçə ölkə vaksin istehsalına başlayıb.

 Artıq müxtəlif firmalar 2021-ci il üçün COVİD-19 əleyhinə istehsalı nəzərdə tutulan vaksinlərlə bağlı müəyyən məlumatları açıqlayırlar.

Rasthaber Azərbaycan Sputnik-ə istinadən xəbər verir ki, bu haqda  “The Guardian” məlumat yayıb.

Məlumata görə, dünyanın ən böyük vaksin istehsalçılarından olan “GlaxoSmithKline” (GSK) 1 milyard dozada COVİD-19 əleyhinə vaksinin istehsalı nəzərdə tutur. Hazırda şirkət tərəfindən hökumətlərlə bu istiqamətdə danışıqlar aparılır.

Lakin vaksinin qiyməti ilə bağlı olaraq isə hələlik heç bir məlumat açıqlanmayıb. Hazırda şirkət fransız dərman istehsalçısı olan, bu sahədə ixtisaslaşmış, dünyaca məşhur Sanofi şirkətilə birgə işlərə başlayıb.

Xəbəri paylaş

VİDEOLAR