İndoneziya Ukrayna ətrafında yaranan vəziyyətlə bağlı Rusiyaya qarşı sanksiya tətbiq etməyə hazırlaşmır.
Az.rasthaber.com AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İndoneziya Prezidenti Coko Vidodo “Nikkei” qəzetinə müsahibəsində bildirib. Həm Ukraynanı, həm də Rusiyanı İndoneziyanın dostu adlandıran Prezident, regionda baş verənlərdən narahatlığını da ifadə edib.
“Sanksiyalar həll yolu deyil, vətəndaşlar bunun qurbanına çevrilir. Bütün ölkələr gərginliyi azaltmağa, danışıqları intensivləşdirməyə nail olmağa çalışmalıdır. Bu, çox vacibdir – danışıqlar, atəşkəs, sonra müharibənin dayandırılması”, - deyə Coko Vidodo qeyd edib.