Myanmanın Britaniyadakı səfirinə Londondakı ofisinə girməsinə icazə verilməyib

Myanmanın Britaniyadakı səfirinə Londondakı ofisinə girməsinə icazə verilməyib

Devrilmiş lider Aunq San Su Çiyə dəstək verdiyinə görə Myanmanın Britaniyadakı səfirinin Londondakı ofisinə girməsinə icazə verilməyib.

Rasthaber Azərbaycan VOA-ya istinadən xəbər verir ki, Kyo Zvar Minn jurnalistlərə Myanma hərbi xuntasının əmri ilə çərşənbə günü səfirliyə girməsinə qadağa qoyulduğunu deyib.

Cümə axşamı binanın qarşısında Kyo Zvar Minnin adından oxunan açıqlamada deyilib ki, hərbi hökumətə sadiq diplomatlarla işləməkdən imtina etdikləri təqdirdə səfirlik işçilərini ciddi cəza gözləyir.

Britaniyanın Xarici İşlər Naziri Dominik Raab aprelin 8-də tvitter səhifəsində Kyo Zvar Minnin cəsarətini yüksək qiymətləndirib və Myanma hərbi rejiminin aqressiv hərəkətlərini qınayıb.

Amerikanın Səsinin Birma xidmətinin verdiyi məlumata görə, səfirin ofisinəgirməsinə qadağa ölkənin şimal-qərbindəki Kalay şəhərində hökumət qüvvələrinin nümayişçilərinə atəş açaraq, azı 11 mülki vətəndaşı öldürməsindən və azı 10 nəfəri yaraladığından bir gün sonra qoyulub.

Etiraz təşkilatçılarından biri Birma xidmətinə nümayişçilər tərəfindən qurulan barrikadaları dağıtmaq istəyən qoşunların Su Çinin mülki hökumətinin yenidən hakimiyyətə qaytarılmasını tələb edən etirazçılara atəş açdığını deyib.

“Myanmar Now” xəbər xidmətinin bildirdiyinə görə, ov tüfəngləri ilə silahlanmış və məhəllə istehkamları quran Kalay etirazçıları martın 28-də şəhərə və ətraf kəndlərə edilən hücumlar zamanı təhlükəsizlik qüvvələrinə zərər verib.

Xəbər agentliyi sonrakı günlərdə xunta qüvvələrinin hücumu zamanı özlərini “Kalay Mülki Ordusu” adlandıran nümayişçilərin daha çox itki verdiyini bildirib.

Xəbəri paylaş

VİDEOLAR