Myanmadakı vəziyyət vətəndaş müharibəsinə keçmək təhlükəsi yaradır

Myanmadakı vəziyyət vətəndaş müharibəsinə keçmək təhlükəsi yaradır

Myanma ölkə daxilindəki hərbçilər, müxalifət və etnik qruplar arasında artan qarşıdurma nəticəsində geniş miqyaslı vətəndaş müharibəsi təhlükəsi ilə üzləşib.

Rasthaber Trend-ə istinadlı məlumatına görə, bu barədə BMT Baş Katibinin Myanma üzrə xüsusi elçisi Kristin Şraner Burqener bildirib.

O qeyd edib ki, qarşıdurmalar ölkənin bölgələrini, hətta mərkəzi hissəsini və 2015-ci ildə atəşkəsin şamil olduğu əraziləri əhatə edir: "Böyük miqyaslı vətəndaş müharibəsi riski realdır".

BMT emissarı Çin, Hindistan və Taylandla həmsərhəd bölgələrdə toqquşmalar baş verdiyi üçün qarşıdurmanın artıq beynəlxalq miqyas aldığını əlavə etdi.

Xəbəri paylaş

VİDEOLAR