Karen Milli Birliyinin silahlı cinahı olan Karen Milli Müdafiə Təşkilatı bildirib
Rasthaber Azərbaycan xəbər verir ki, Myanmada dinc nümayişçilərə qarşı hərbi xuntanın tərəfindən zorakılıqlar nəticəsində qurbanlarının sayı artdıqca, bu Cənub-Şərqi Asiya ölkəsindəki bəzi etirazçılar mübarizə aparmaq üçün silahlı dəstələrə qoşulur.
Ən böyük etnik silahlı qruplaşmalardan biri olan Karen Milli Birliyi (KNU) VOA-ya bildirib ki, mart ayının sonlarından bəri Myanmanın mərkəzi düzənlik bölgələrindən gələn etirazçılar təlimlər keçmək üçün üsyançıların dağlıq bölgələrindəki bazalarına göndərilir.
"Biz hərbi rejimə qarşı mübarizə aparmaq istəyən insanlara təlimlər keçirik" - deyə, Karen Milli Birliyinin silahlı cinahı olan Karen Milli Müdafiə Təşkilatının qərargah rəisi, general-mayor Nerdah Bo Mya bildirib.
"Biz eyni gəmidəyik, bir-birimizə yardım edirik. Sağ qalmaq, hərbi rejimdən qurtulmaq və demokratik hökuməti bərpa etmək üçün bir-birimizə yardım edirik" - deyə, o əlavə edib.
General etnik Kareni, Raxine və Şan üsyançı qruplaşmalarının da eyni şeyi etdiyini deyib.
Yerli Siyasi Məhbuslara Yardım Assosiasiyası təhlükəsizlik qüvvələrinin fevralın 1-də çevrilişdən sonra ölkəni bürümüş kütləvi nümayişlər zamanı atəş açaraq, 750-dən çox insanı öldürdüyünü bildirib. Hərbi xunta ölənlərin sayını azaldaraq, 300-ə yaxın olduğunu və etirazlara lazımi təmkinlə cavab verdiyini iddia edir.