Myanmada yenə aksiyaçılar qətlə yetirildi

Myanmada yenə aksiyaçılar qətlə yetirildi

Myanma “Now” veb saytında bu barədə məlumat yayılıb.

Rasthaber trthaber-ə istinadən xəbər verir ki,  Myanma ordusu dünən Mandalay  şəhərinin  Myitnge qəsəbəsində  hərbi  çevriliş  əleyhinə aksiya  keçirən  bir qrup dövlət məmurunu nəzarətə   almağa  cəhd  etdiyi   əsnada qarşıdurma  baş  verib. 

Hadisə  nəticəsində  iki   aksiyaçı  həyatını   itirib. 

Həmin  gün  əsgərlər   qəsəbədəki  bir  məscidə basqın  edərək   camaatdan toplanan ianələri  müsadirə  ediblər. 

Qeyd  edək  ki,  ölkədə  həyata  keçirilən   hərbi  çevrilişdən  sonra   təhlükəsizlik qüvvələrinin silahlı müdaxiləsi nəticəsində ölən mülki vətəndaşların sayı 716-ya yüksəlib.

Xəbəri paylaş

VİDEOLAR