Myanmada qarşıdurmalara görə 120 mindən çox insan evlərini tərk edib - BMT

Myanmada qarşıdurmalara görə 120 mindən çox insan evlərini tərk edib - BMT

Myanmada fevralın 1-dә hәyata keçirilәn hәrbi çevrilişdәn etibarәn 121 mindәn çox adamın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığı bildirilib.

Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, bu barәdә Birlәşmiş Millәtlәr Tәşkilatının Baş katibinin sözçülәrindәn Farhan Haq keçirdiyi mәtbuat konfransında qeyd edib. Farhan Haq Myanmada insanların evlәrini tәrk etmәyә davam etdiyini bildirib.

Haq bu hәftә Myanmanın cәnub-şәrqindә Myanma ordusu ilә Karenni ordusu arasında baş verәn qarşıdurma sәbәbindәn  37 min adamın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığını söylәyib.

Şan әyalәtinin şimalında da ordu vә etnik silahlı qruplaşmalar arasındakı toqquşmalar  sәbәbindәn on minlәrlә adamın evlәrini tәrk etmәk mәcburiyyәtindә qaldığını ifadә edәn  Haq çevrilişdәn etibarәn evlәrini tәrk edәnlәrin sayının 121 mini keçdiyini deyib.

Xatırladaq ki, fevralın 1-də Myanma ordusu ölkənin xarici işlər nazirini, dövlət müşaviri Aun San Su Çjini və başqa rəsmi  şəxsləri saxlayaraq hakimiyyətin ələ keçirildiyini bildirmişdi və ölkәdә fövqәladә vәziyyәt rejimi elan etmişdi. 

Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı.

Xəbəri paylaş

VİDEOLAR