Myanmada ölənlərin sayı 840-a çatdı

Myanmada ölənlərin sayı 840-a çatdı

Myanmarda 1 fevraldakı hərbi çevrilişdən sonra ordunun qiyam əleyhdarlarına silahlı müdaxiləsi nəticəsində həyatını itirən vətəndaşların sayı 840-a yüksəlib.

Rasthaber Azərbaycan xəbər verir ki, Myanmar Siyasi Məhbuslara Yardım Təşkilatının (AAPP) hesabatına görə, son 24 saat ərzində 3 can itkisi də təsdiqlənib.

  Can itkisi 840 olaraq sənədləşdirilən hesabatda 4409 adamın tutulduğu qeyd edilib. Bunlardan 1881-i haqqında nəzarət qərarı verilib.

  Bu arada Myanmarın Kaçin əyalətində olan Şan Millətləri Ordusunun (SNA) komandir köməkçisi Sao Khun Çjo (Sao Khun Kyaw) sui-qəsdə uğrayıb. Məlumata görə, Çjo 26 mayda mühafizəçiləri ilə yolda gedərkən Myanmar ordusundan sərrast snayperin atəşi ilə öldürülüb.

  Qeyd edək ki, Myanmardakı müsəlmanlar ölkədə demokratiyanı yenidən bərpa etmək və müsəlmanların haqqlarını qorumaq üçün Myanmar Müsəlmanları Çox Etnikli Məsləhət Komitəsi (MMMCC) yaradıblar. Myanmarda hərbi hökumətə qarşı 16 apreldə qurulan Milli Birlik Hökumətini (NUG) dəstəklədiyini komitə belə ifadə edib: "Birinci məqsədimiz Myanmar və xüsusilə Arakan müsəlmanlarına qarşı siyasətlərində Milli Birlik Hökumətindən zəmanət almaqdır. İkinci hədəfimiz ölkədəki müsəlman qurum nümayəndələri və siyasətçilərin bu hökumətlə əlaqələrini təmin etməkdir. Komitənin digər istəyi 1982-ci ildə Myanmar ordusu tərəfindən imzalanan və ölkədəki Arakan müsəlmanlarını vətəndaşlıq haqlarından məhrum edən qanunun dəyişdirilməsidir”.

 

Xəbəri paylaş

VİDEOLAR