Myanmada ölənlərin sayı 759 oldu

Myanmada ölənlərin sayı 759 oldu

Cənub-Şərqi Asiya Millətləri Birliyinin (ASEAN) iclasında Myanmada şiddət hadisələrinə və zorakılığa dərhal son qoyulması qərarına gəlinməsinə baxmayaraq daha 9 nəfər öldürüldü.

Rasthaber Azərbaycan "Anadolu Ajans"a istinadən xəbər verir ki, Siyasi Məhbuslara Yardım Təşkilatı (AAPP) tərəfindən yayımlanan gündəlik hesabatda son sutka ərzində daha 3 nəfərin öldüyü, beləcə ümumilikdə həyatını itirənlərin sayının 759-a çatdığı qeyd edilib. Hesabata görə 3 min 461 aksiyaçı da tutulub.

Xatırladaq ki, 24 aprel tarixində İndoneziyada keçirilən “ASEAN” liderlər toplantısında Myanmadakı zorakılığın dərhal dayandırılmasına dair qərar qəbul edildi. Lakin həmin qərardan sonra ordunun çevriliş əleyhinə nümayişlərə silahlı müdaxiləsi nəticəsində daha 9 nəfər həyatını itirib.

Xəbəri paylaş

VİDEOLAR