Myanma mediası bu haqda məlumat yayıblar
Rasthaber Azərbaycan xəbər verir ki, dünən yerli vaxtla saat 17:00-də Baqo əyalətinin Zee Olak kəndində Milli Demokratiya Partiyası (NLD) Millət vəkili Thet Hlaing Vinin olduğu ərazidə 3 partlayış olub.
Hadisə nəticəsində millət vəkili Vin və üç polis işçisi, həmçinin 1 mülki vətəndaş həyatını itirib.
Millət vəkili Vin keçmiş Xarici işlər naziri və ölkənin faktiki lideri Aung San Suu Chii-yə yaxınlığı ilə tanınırdı.
Hücumu kimin təşkil etdiyinə dair rəsmi bir açıqlama verilməyib.