Myanmada daha 82 nəfər qətlə yetirildi

Myanmada daha 82 nəfər qətlə yetirildi

BMT şənbə günü bununla bağlı bəyanat verib

, Myanma təhlükəsizlik qüvvələri cümə axşamı və cümə günləri devrilmiş mülki hökumətin bərpasını tələb edən fəalların yenidən ölkənin cənub-şərqindəki bölgələrdə küçələrə çıxdığı zaman 80-dən çox xunta əleyhdarı nümayişçini öldürüb.

Myanmar Now xəbər agentliyi və Siyasi Məhbuslara Yardım Assosiasiyası (AAPP) etirazçıların hökumət qüvvələrinin Myanmanın ən böyük şəhəri olan Yangondan təqribən 65 kilometr şimal-şərqdə yerləşən Bago şəhərində nümayişçilərə qumbara atması nəticəsində öldürüldüyünü bildirib.

Myanmar Now 82 nəfərin öldüyü haqda məlumat verib, ölkədə ölüm hallarının sayını hesablayan yerli monitorinq qrupu olan AAPP isə cümə günü Baqoda 80-dən çox çevriliş əleyhdarı nümayişçinin təhlükəsizlik qüvvələri tərəfindən öldürüldüyünü bildirib.

BMT şənbə günü açıqladığı bəyanatda Baqoda mülki şəxslərə qarşı ağır artilleriya silahlarından istifadə edildiyi və yaralananların tibbi müalicə almadıqları barədə xəbərlər aldığını bildirib.

“Zorakılığa dərhal son qoyulmalıdır. Biz təhlükəsizlik qüvvələrini tibbi qrupların yaralıları müalicə etməsinə icazə verməyə çağırırıq”, BMT-nin bəyanatında deyilir.

amerikanınsəsi

Xəbəri paylaş

VİDEOLAR