Myanmada hərbi çevriliş əleyhinə etirazçılar ilə Myanma ordusu arasında baş verən qarşıdurmalarda ən az 16 əsgər öldürülüb.
Rasthaber Azərbaycan xəbər verir ki, "The Irrawaddy" onlayn qəzeti bu barədə məlumat yayıb.
Qeyd edir ki, 6 və 7 may tarixlərində Sagaing əyalətinin Kani bölgəsindəki nümayişlər zamanı nümayişçilər kütləni dağıtmaq üçün silahlı müdaxilə edən Myanma ordusuna əl istehsalı silahlarla cavab verib.
Baş verən qarşıdurmalarda ən az 16 əsgər qətlə yetirilib.
Myanma ordusuna cavab verənlərin özlərini "mülki müqavimət qüvvələri" adlandıran silahlı bir qrup olduğu bildirilir.
Qeyd edək ki, mülki vətəndaşlar arasında ölənlərin sayı 774-ə çatır.