Myanmada hәyata keçirilәn hәrbi çevrilişdәn sonra keçirilәn etiraz aksiyalarında hәyatını itirәnlәrin sayı 765 nәfәrә çatıb.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, sutka әrzindә daha altı nәfәr dә ölüb.
Belәliklә hәyatını itirәnlәrin sayı 765 nәfәrә, saxlanılanların sayı da 3 min 555 nәfәrә yüksәlib.
Çevrilişә qarşı etiraz aksiyaları keçirәn etnik silahlı Karen Milli Birliyinin lideri Bav Kyav Heh fevralın 1-dә hәyata keçirilәn çevrilişdәn sonra başlayan müqavimәtin etik qruplaşmalar üçün bir fürsәt olduğunu söylәyib.
‘‘Bu fürsәti qiymәtlәndirmәliyik vә hәrbi çevrilişә qarşı mübarizә aparmalıyıq’’,-deyә Karen Milli Birliyinin lideri
Karen Milli Birliyinin lideri digәr etnik qruplaşmalara birgә hәrәkәt etmәk mәsәlәsi ilә әlaqәdar çağırış edib.