Myanma hərbi çevrilişdən də təhlükəli durumla üz-üzədir...

Myanma hərbi çevrilişdən də təhlükəli durumla üz-üzədir...

Bu barədə BMT Ümumdünya Ərzaq Proqramının Myanma üzrə rəsmisi Stiven Anderson bildirib.

Rasthaber Azərbaycan xəbər verir ki, Myanmada hərbi çevriliş və etiraz aksiyalarının fonundakı böhrana görə təxminən 3,4 milyon insan aclıq təhlükəsi ilə üz-üzədir.

Bu barədə BMT Ümumdünya Ərzaq Proqramının Myanma üzrə rəsmisi Stiven Anderson bildirib.

Onun sözlərinə görə, çevrilişdən sonra ölkədə ciddi bahalaşma baş verib, işsizlik artıb.

İstehsalat, inşaat, ərzaq sənayesi və xidmət sahəsi baş verənlərlə bağlı ciddi şəkildə geriləyib.

Qeyd edilib ki, əgər birgə addımlar atılmasa, növbəti 3-6 ayda Myanmada azı 3,4 milyon insan aclıqla bağlı problemlər yaşayacaq.

Andersonun sözlərinə görə, çevrilişdən sonra ölkədə düyünün qiyməti 5%, yağın qiyməti isə 18% artıb.

Daha öncə isə Ümumdünya Bankı proqnoz vermişdi ki, bu il Myanma iqtsadiyyatı çevriliş və beynəlxalq sanksiyalara görə 10% azalacaq.

Xəbəri paylaş

VİDEOLAR