Myanmadakı hərbi çevrilişdən sonra daxili qarşıdurmalar və humanitar böhran səbəbindən ölkənin yeni növ koronavirusun (Covid-19) yeni mərkəzinə çevrilə biləcəyi xəbərdarlığı edilib.
Rasthaber Azərbaycan trthaber-ə istinadən xəbər verir ki, "Asian Insider"ə müsahibə verən Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatının Asiya-Sakit Okean Təcili Səhiyyə Koordinatoru həkim Abhişek Rimal Myanmadakı çevrilişin səbəb olduğu siyasi böhranın epidemiya böhranını da qabartdığını bildirib.
Myanma ordusu ilə üsyançı silahlı qruplar arasında davam edən toqquşmalar səbəbindən minlərlə insanın evini tərk etməsinin "Covid-19"un ölkə miqyasında yayılmasına yol açacağını diqqətə çatdıran Rimal Myanmaya qonşu ölkələr, mümkün qaçqın axını qarşısında sərhəd bölgələrində test və karantin mərkəzləri inşa edərək koronavirusa qarşı qoruyucu tədbirlər görməyə başladı” deyə bildirib.
Rimal münaqişələr səbəbindən yaşayış məntəqələrindən kənd ərazilərinə köçən myanmalıların sağlamlıq imkanlarından uzaq olduğunu vurğulayaraq, “Ölkədə pandemiya və digər xəstəliklərin daha ağır hal almasını istəmiriksə, ən qısa müddətdə bölgəyə humanitar yardım çatdırılmalıdır. Əks təqdirdə Myanma "Covid-19"un yeni mərkəzi ola bilər” deyib.