Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan bildirib ki, Fələstin-İsrail münaqişəsi müstəqil Fələstin dövləti olmadan həll edilə bilməz.
Fərhan Səudiyyə Ərəbistanı dövlət televiziyasına verdiyi açıqlamada bu açıqlamaları verib:
"İnsanlar İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllinə ümidlərini itiriblər və biz səylərimizlə bu həlli canlandırmaq istəyirik."
Sionist rejimə qarşı regional tənliklərin dəyişməsi və onların bölgədə barışıq yolunu davam etdirmək planlarının qarşısı alındığı üçün təcrid vəziyyətində yaşayan işğalçı rejimin başçıları son günlər bu rejimlə Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması ilə bağlı ziddiyyətli açıqlamalar verirlər.
Sionist rejimin xarici işlər naziri Eli Koen Təl-Əvivin Səudiyyə Ərəbistanı ilə razılığa gəlməyə hər zamankindən daha yaxın olduğunu düşündüyünü bəyan edib, lakin bu rejimin müdafiə naziri deyib: Ər-Riyadla münasibətlərin normallaşmasına qədər uzun bir yol var".
Lakin Səudiyyə Ərəbistanı Təl-Əviv və Ər-Riyad arasında münasibətlərin normallaşmasına dair mümkün razılaşma ilə bağlı iddiaları hələlik təsdiqləməyib.