İraqın baş naziri Mustafa əl-Kazimi Ərbəin ziyarətinin təşkili prosesinə nəzarət məqsədilə Kərbəla əyalətinə gedib.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin ofisindən məlumat verilib.
Baş nazir Mustafa əl-Kazimi bu gün Kərbəlaya çatandan sonra Ərbəin ziyarətinin təşkili, xüsusilə də təhlükəsizliklə bağlı tədbirlər haqda maraqlanıb.
Qeyd edək ki, İraqın Kərbəla əyalətinin valiliyindən KİV-lərə, bu ilin Ərbəin mərasiminə 20 milyona yaxın insanın qatılacağı barədə məlumat daxil olub.