Müsəlman kişi namaz qılarkən vəfat etdi - VİDEO

Müsəlman kişi namaz qılarkən vəfat etdi - VİDEO

Misirli müsəlman namaz qılarkən dünyasını dəyişib.

Az.rasthaber.com xarici mediaya istinadən xəbər verir ki, 39 yaşlı Əhməd əl-Səid İsgəndəriyyə şəhərində yerləşən tibb mərkəzlərindən birində mühafizəçi işləyirdi.

Səcdə edərkən müsəlmanın ürəyi dayanıb. Məlum olub ki, həmin an o, infarkt keçirib. Bu anlar isə müşahidə kameraları tərəfindən qeydə alınıb.

Əhməd ailəli və 3 övlad sahibi idi.

Onun yaxınları və dostları başsağlığı verərək qeyd ediblər ki, onun bu cür vəfatı həyatını necə yaşamasının təzahürüdür.

“O, bütün ömrünü düzgün yaşayıb və ailəsi üçün halal ruzi axtarışında olub. And içirəm ki, biz ondan İslam və Qurana qarşı sevgidən başqa bir şey görməmişik”, - deyə dostlarından biri bildirib.

Xəbəri paylaş

VİDEOLAR