Sədr Hərəkatının lideri Seyid Müqtəda Sədr Qəzza əhalisinə dəstək üçün mesaj verib
Az.rasthaber.com xəbər verir ki, İraqlı Sədr Hərəkatının lideri Müqtəda Sədr ərəb və islam ölkələri xalqlarını Misir, İordaniya və Livandakı Fələstin sərhədlərinə getməyə və Qəzza xalqına dəstək üçün dinc oturaq etiraz aksiyası təşkil etməyə çağırıb.
Müqtəda Sədr bildirib ki, bu, silahsız, kəfənlə və dövlətin müdaxiləsi olmadan edilməlidir.
Sədrin bəyanatından sonra çoxlu iraqlı avtobuslara və şəxsi maşınlarına minərək Fələstin sərhədinə yola düşüb.