Müqtəda Sədr tərəfdarlarına səsləndi: "Məhv olsun belə inqilab"

Müqtəda Sədr tərəfdarlarına səsləndi:

İraqdakı Sədr Hərəkatının lideri Müqtəda əs-Sədr ölkədə dünəndən bəri baş verən zorakılıqlardan təəssüfləndiyini bildirib və küçədə döyüşən tərəfdarlarından bir saat ərzində evlərinə qayıtmalarını istəyib.

Az.rasthaber.com xəbər verir ki, Müqtəda Sədr keçirdiyi mətbuat konfransında, İraqın "korrupsiya və zorakılıq" səhnəsi olduğunu və baş verənlərlə heç bir əlaqəsinin olmadığını bildirib.

Sədr Hərəkatının lideri bildirib:

"Yaşanan münaqişələrə görə İraq xalqından üzr istəyirəm. Bu inqilab dinc xarakterli olmadığı üçün artıq inqilab deyil. Məhv olsun belə inqilab!".

Sədr ötən dəfə olduğu kimi indi də zorakılığa qarışdığı üçün bu inqilabdan uzaqlaşdığını bildirib.

Sədr vurğuladı ki, hansı qruplaşmanın ilk atəş açması önəmli deyil və bu toqquşmalarda ölən və həlak olanlar eyni dərəcədə qınanmalıdır.

Baş nazir Mustafa Əl-Kazimiyə, İraq qüvvələrinə və Həşdi Şabi ünsürlərinə də təşəkkür edən Sədr, ölkədə milislərin varlığını tənqid edib.

Xəbəri paylaş

VİDEOLAR