İraqdakı tanınmış təşkilatların liderləri İranda biraraya gəliblər.
İraqdakı tanınmış təşkilatların liderləri İranda Qum şəhərində biraraya gəliblər.
Rasthaber Azərbaycan xəbər verir ki, “Sədr” hərəkatının lideri Seyid Müqtəda Sədr, "Haşdi Şabi"yə bağlı bir neçə təşkilat: “Asaib ehl Haqq”, “Nücəba” hərəkatı, “Seraya es Salam”, “Şəhid Şühəda briqadası” üzvləri İranın Qum şəhərində biraraya gəliblər.
“Nücəba” sözcüsü Nasr eş Şammari İraq xəbər agentliyinə verdiyi müsahibədə görüş zamanı, ABŞ güclərinin tamamilə İraqdan çəkilməsi üçün “güclərin birləşdirilməsi və koordinasiya” edilməsi qərarının alındığını bildirib.