Müqtəda Sədr Əfqanıstandakı partlayışlara görə Taliban hökumətini sərt tənqid edib

Müqtəda Sədr Əfqanıstandakı partlayışlara görə Taliban hökumətini sərt tənqid edib

“O hansı hökumətdir ki, xalqını qoruya bilmir?! O hansı hökumətdir ki, hər həftə şiələrə qarşı törədilən partlayışlara yalnız seyr edir?! Əlbəttə bu Taliban hökumətidir. Mən buradan, Nəcəf-Əşrəfdən elan edirəm ki, hazırda Əfqanıstanda şiələri hədəfə alan partlayışların məsuliyyəti Talibanın üzərindədir.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu İraqın tanınmış din alimi, ictimai-siyasi xadim Müqtəda Sədr tvitter səhifəsində yazıb.

Sədr bu gün Əfqanıstanın paytaxtında 32 nəfərin ölümü ilə nəticələnən partlayışa münasibət bildirib və Talibanı seyr etməkdə və xalqını qorumamaqda ittihamlandırıb.

Sədr bildirib ki, "Əfqanıstanda hər həftə şiələrin hədəfə alınması davam etdikcə, az keçməmiş fikirləri Taliban hərəkatı ilə uyğun gəlməyən sünnilərin qanı da bu şəkildə axıdılacaq."

“Ümumiyyətlə, Taliban ya bilərəkdən susur və baş verənlərdən razıdır, ya da Əfqanıstan millətini qoruya bilmir; Ona görə də beynəlxalq ictimaiyyət bu insanların ağrı və iztirablarına son qoymaq üçün müdaxilə etməlidir, çünki bu xalq yaşamaq istəyir, lakin onların taleyi ölümə bağlıdır", deyə Sədr əlavə edib.

Qeyd edək ki, Kabildə bu gün sübh törədilən partlayış şiələrin kompakt yaşadığı Dəşt-Pərçi rayonunda törədilib.

Xəbəri paylaş

VİDEOLAR