Müqtəda Sədr aclıq aksiyasına başlayıb

Müqtəda Sədr aclıq aksiyasına başlayıb

İraqın paytaxtı Bağdadda baş verən qarşıdurmalarda ölənlərin sayının 20-yə yüksəldiyi, yüzlərlə insanın yaralandığı bildirilib.

Az.rasthaber.com xəbər verir ki, Bağdadda baş verən qarşıdurmalarda ölənlərin sayının 20-yə yüksəldiyi, yüzlərlə insanın yaralandığı qeyd edilib.

Qeyd edək ki, Sədr tərəfdarları Müqtəda Sədrin siyasətdən çəkilmək qərarından sonra dünən Yaşıl Zonada hökumət və prezident sarayına basqın ediblər.

Müqtəda əs-Sədr Bağdadda hadisələrin başlamasından sonra silahlı toqquşmalar dayanana qədər aclıq aksiyası keçirməyə qərar verdiyini açıqlayıb.

Birləşmiş Millətlər Təşkilatının İraqdakı Missiya Nümayəndəliyindən verilən açıqlamada, tərəflər silahlı qarşıdurma və zorakılıqdan uzaq durmağa çağırılıb.

Xəbəri paylaş

VİDEOLAR