Bunu HƏMAS-ın siyasi liderlərindən olan Xalid Məşəl deyib
Rasthaber Azərbaycan eastnews.org-a istinadən verdiyi xəbərə görə, HƏMAS-ın siyasi liderlərindən olan Xalid Məşəl verdiyi açıqlama zamanı bildirib ki, İsrail rejimlə əsir mübadiləsi vəziyyətində bir irəliləyiş əldə edilməyib.
Məlumata görə, Xalid Məşəl "Sionist rejim müsəlman ümməti üçün təhlükə hesab olunur. Təl-Əvivi həll yolunun bir hissəsi kimi görən hər kəs çox səhv edir", - deyib. Bundan əvvəl HƏMAS İslami Müqavimət Hərəkatı məhbus mübadiləsi ilə bağlı verdiyi açıqlamada belə deyilir:
"Sionist rejim əsirlərin yalnız fələstinli məhbusların sərbəst buraxılması qarşılığında sərbəst buraxılacağını yaxşı bilir. Bu rejim indi müqavimətdən fidyə axtarır, amma məqsədinə çatmayacaq".