Müqavimət qruplarından Hizbullahın çağırışına cavab: Əmrinizi gözləyirik

Müqavimət qruplarından Hizbullahın çağırışına cavab: Əmrinizi gözləyirik

Livan Hizbullah Hərəkatının baş katibi Nəsrullahın müqavimət qüvvələrinin hazırlanmasının zəruriliyi ilə bağlı bəyanatından sonra müqavimət qüvvələri Nəsrullaha “Barmaqlarımız tətikdədir” mesajını verib.

Az.rasthaber.com xəbər verir ki, Hizbullahın baş katibi Seyid Həsən Nəsrullah Aşura günü çıxışında Müqavimət Cəbhəsi mücahidlərindən hər cür dəyişikliyə və gözlənilməzliyə hazır olmalarını istəyib.

Seyid Həsən Nəsrullah Fələstində həmişə əfsanəvi sabitliklə mübarizə aparan müqavimət qüvvələrini tərifləyib və bir daha Hizbullahın Qüds və Məscidül-Əqsa məsələsində bağlılığını və Fələstin xalqının yanında olduğunu vurğulayıb.

Nəsrullahın mesajını aldıqlarını və bu çağırışın onların əzmkarlığını gücləndirdiyini vurğulayan mücahidlər Nəsrullaha xitab edərək “Hər zaman ayıq-sayıqıq, əmrinizi gözləyirik” mesajını veriblər.

Müqavimət qüvvələri mesajda bildiriblər: “Biz bütün gücümüzlə əmrinizə tabe olmağa hazırıq və sərhədlərdə göstərişinizi gözləyirik. 

Düşmənlər geri dönsələr, bilməlidirlər ki, biz qayıdıb onları məhv edəcəyik, səbirsizliklə gözlədiyimiz qələbəyə nail olacağıq və işğalçılara ağır məğlubiyyət verəcəyik".

Xəbəri paylaş

VİDEOLAR