'Müqavimətə lazımi səviyyədə kömək etməkdən çəkinməyəcəyik'

'Müqavimətə lazımi səviyyədə kömək etməkdən çəkinməyəcəyik'

"Müqavimətə lazımi səviyyədə kömək etməkdən çəkinməyəcəyik".

Az.rasthaber.com xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

O deyib ki, amerika sionist rejimi dəstəkləməyin nəticələrini qəbul etməlidir.

"Diqqət edilməli olan digər bir məqam İslam Respublikasının sionist terror dəstəsinin cinayətləri qarşısında tutduğu mövqedir. Müqaviməti dəstəkləməyi dərin bəşəri və islami əqidələrə əsaslanan bir hərəkət kimi qiymətləndiririk, həmçinin sionist təcavüzkarlara qarşı milli təhlükəsizlik və regional təhlükəsizliyin strateji sütunlarının bir hissəsi kimi müqavimətin qorunub saxlanılması və gücləndirilməsidir", - Qalibaf qeyd edib.

O bildirib ki, İran İslam İnqilabının lideri Ayətullah Xameneinin şəriət fərmanına əsaslanaraq, müqavimətə istənilən səviyyədə kömək etməkdən çəkinməyəcəyik.

"Biz həmçinin inanırıq ki, sionist rejim ABŞ-ın hərbi, təhlükəsizlik, kəşfiyyat, maliyyə, media və beynəlxalq dəstəyi ilə öz cinayət əməllərini layihələndirir və həyata keçirir və ABŞ bütün bu cinayətlərdə şərikdir və nə qədər ki, sionist rejimi humanitar çərçivələrə riayət etməyə məcbur edir və beynəlxalq bunu etməmişdir, onun nəticələrini qəbul etməlidir", - o əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR