Müqavimət Cəbhəsinin Qələbəsi: Müqavimətə qarşı ehtimal gizli planlar - KÖŞƏ YAZISI

Müqavimət Cəbhəsinin Qələbəsi: Müqavimətə qarşı ehtimal gizli planlar - KÖŞƏ YAZISI

Dr. Ziya Türkyılmaz bu son yazısında İsrail-Fələstin arasında atəşkəsə işarə edərək bunu Müqavimətin qələbəsi adlandırıb, yeni gizli planlardan yazıb.

HƏMAS-İslam Cihad mərkəzli Müqavimət qruplarının fədakarlığı nəticəsində ABŞ və İsrail Qəzzada atəşkəsi qəbul etməyə məcbur edildi.

Bu atəşkəsin müsbət və mümkün mənfi nəticələri bir neçə baxımdan qiymətləndirilə bilər:
  1. İran mərkəzli Müqavimət Cəbhəsi birlikdə mühüm bir qələbə qazandı. Qəzza müqaviməti İran, Yəmən, Hizbullah, Haşdi Şabi və fələstinli müqavimət qruplarının həmrəyliyi və birgə hücumları nəticəsində əldə olunub.

  2. Dünya ictimaiyyətində, onilliklərdir məzlum və soyqırıma məruz qalmış bir xalq kimi tanıdılan Sionist dəstələrin cinayətkar siması üzə çıxdı və dünya xalqları bu işğalçı rejimin əsl mahiyyətini tanıdı. Beləliklə, Holokost əfsanəsinin Sionist rejim xeyrinə istifadəsinin tarixi sona çatdı.

  3. Yenilməz hərbi güc kimi təqdim edilən İsrailin şişirdilmiş bir şar olduğu ortaya çıxdı və saxta yenilməz güc mifi dağıldı. ABŞ-ın birbaşa yardımı olmadan bu saxta rejimin ayaqda qala bilməyəcəyi açıq şəkildə başa düşüldü.

  4. İşğalçı rejimin fələstinlilərə qarşı soyqırımına baxmayaraq, bu rejimlə diplomatik və ticarət əlaqələrini davam etdirən rejimlər rüsvay oldular və nə qədər münafiq və ikiüzlü olduqları müsəlman xalqlar qarşısında ifşa edildi.

  5. Qəzzada işğalçı rejimin bütün cinayətlərini dəstəkləyən və soyqırıma səssiz qalan Qərbin əsl siması, Qərb sivilizasiyasının insan hüquqlarını müdafiə etmə, beynəlxalq hüquqa hörmət iddialarının əsl mahiyyəti üzə çıxdı.

  6. İsrailin Hizbullah qarşısındakı məğlubiyyətini gizlətmək üçün edilən Livan atəşkəsi kimi, Qəzza atəşkəsi də heç şübhəsiz İsraili xilas etmək üçündür. Lakin birincisində Suriyanı HTŞ terror dəstəsinə və İsrailə peşkəş çəkən ABŞ, indi başqa gizli planların arxasınca gedəcəkdir. Başqa sözlə, İsrailin məğlubiyyətini ört-basdır etmək üçün bölgədə yeni bədxah planları həyata keçirmək istəyəcəkdir.

Bu mümkün şeytani planların başında İrana qarşı sanksiyaları və təzyiqləri artırmaq; Yəməndə Ənsarullah hökumətini məğlub etmək və ya ən azından kompromisə məcbur etmək üçün mühasirəni gücləndirmək, təzyiq göstərmək, daxildə onlara bağlı qruplar vasitəsilə daxili qarşıdurmalar yaratmaq və Səudiyyəni birbaşa və ya dolayı olaraq Yəmənə müdaxiləyə təhrik etmək; İordan çayının qərb sahillərinin işğal altındakı torpaqlara ilhaq etmək; Qolan təpələri və Suriyada işğal edilən yeni strateji bölgələri HTŞ-yə qanunilik qazandırmaq əvəzində İsrailə birləşdirmək; İsrail terror dəstələrinin rejiminin varlığını və təhlükəsizliyini təmin etmək üçün Abraham sazişini bütün region ölkələrinə məcbur etmək; və İraqda Haşdi Şabini dağıtmaq bu istiqamətdə mümkün gizli planlar arasındadır.

Suriyanı HTŞ dəstələrinə təhvil verən qlobal güclər və bölgədəki işbirlikçiləri son vaxtlar iştahlı şəkildə və guya qələbə sərxoşluğu ilə Müqavimət Cəbhəsi barədə müxtəlif iddialar səsləndirsələr də, bu istəkləri boğazlarında qalacaqdır.

Çünki:

YAZININ DAVAMI

Xəbəri paylaş

VİDEOLAR