“Haşdi Şabi” sədrinin müavini Mehdi Əl-Mühəndis deyib ki, şəhidlərimiz qanı yerdə qalan deyil...
Rasthaber Azərbaycan xəbər verir ki, ABŞ Ordusu İraqda Əl-Ənbar vilayətində “Haşdi Şabi”nin ən güclü briqadası olan “Kataib Hizbullah”ın İraq və Suriyadakı 5 bazasına hücum etməsinə “Haşdi Şabi” sədrinin müavini Mehdi Əl-Mühəndis sərt reaksiya göstərib.
O bildirib ki, şəhidlər və yaralıların qanı hədər getməyəcək və amerikalı qüvvələrə cavab dağıdıcı olacaqdır.
“Haşdi Şabi”nin dairə sədri Cavad Rubayavi hücum zamanı 19 nəfərin şəhid olduğunu, 35 nəfərin isə yaralandığını bildirib.
İraq xalq səfərbər təşkilatında əməliyyat komandanı Qasim Muslih Amerika ordusunun xalq səfərbər qüvvələrinin mövqelərinə qarşı hava hücumu hərbi çevriliş və ya İraqa zərər vurmaq üçün böyük bir fitnənin bir hissəsi olduğunu qeyd edib.
“Bu hücumlar Amerikanın elan etdiyi bir məsələnin icrasıdır. Oktyabrın 25-dən bəri əlimizə məlumatlar çatırdı ki, Amerika və sionist rejim xalq səfərbər qüvvələrinə qarşı təhdidlər və xəbərdarlıqlar irəli sürürlər. Amerika, Haşdi Şabi qüvvələrini zəiflətmək üçün İraqın daxilindəki gərgin şəraitdən istifadə etmək istəyir. Haşdi Şabi qüvvələri silahlı qüvvələrin ən əsas qüvvəsidir. Belə bir şəraitdə xalq səfərbər qüvvələrini zəiflətmək, hərbi çevriliş və ya İraqa zərər vurmaq üzrə böyük bir fitnənin bir hissəsidir.”, -deyə Qasim Muslih bildirib.