Məsud Pezeşkian İranın doqquzuncu prezidenti seçilib.
Rasthaber Azərbaycan xəbər verir ki, İranda on dördüncü prezident seçkilərinin ikinci turunda bütün səslərin sayılması ilə Məsud Pezeşkian İranın doqquzuncu prezidenti seçilib.
Ölkənin seçki qərargahının sözçüsü Möhsün İslami bildiribdir ki: 30 milyon 530 min 157 səs olan İranın daxili və xaricində verilmiş ümumi səsdən Məsud Pezeşkian 16 milyon 384 min 403 səs toplayıb.
İranda on dördüncü prezident seçkilərinin ikinci mərhələsində verilmiş səslərin ümumi sayı belədir:
Sayılmış bütün səslər: 30,530,157 səs
Məsud Pezeşkian: 16,384,403 səs
Səid Cəlili: 13,538,179 səs.
Məsud Pezeşkian kimdir?
Məsud Pezeşkian Təbriz Tibb Elmləri Universitetində tibb və ümumi cərrahiyyə üzrə peşəkar doktorluq dərəcəsinə, həmçinin İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə elmlər dərəcəsinə malikdir.
1945-ci il təvəllüdlü cənab Pezeşkian Təbrizin Məhabad rayonunda dünyaya gəlib. Ata tərəfindən azəri və ana tərəfindən kürd olan Məsud Pezeşkian ibtidai təhsilini doğulduğu Məhabadda başa vurduqdan sonra Urmiyəyə getmiş və orada Urmiyə Kənd Təsərrüfatı Texnikumunun qida sənayesi üzrə magistr dərəcəsinə yiyələnmişdir. Cənab Pezeşkian 1973-cü ildə hərbi xidmət üçün Sistan və Bəlucistan əyalətinin Zabul şəhərinə getməli olur.O, öz məharti ilə bu hərbi qulluqçu olarkən tibbi xidməti ilə fərqlənir. İ1974-cü ildə hərbi xidməti başa vurduqdan sonra ikinci diplomunu təcrübi elmlər sahəsində qazanan cənab Pezeşkian 1975-ci ildə Təbriz Tibb Elmləri Universitetinin tibb fakültəsinə qəbul olmur.
Məsud Pezeşkian İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə mütəxəssis dərəcəsinə malikdir. O, ilk dəfə dövlət xadimi kimi, 2001-05-ci illərdə Seyid Məhəmməd Xatəminin ikinci prezidentlik dövründə səhiyyə naziri vəzifəsini tutub.
2005-cı ildə Təbriz, Azərşəhr və Üskü seçki dairələrinin nümayəndəsi kimi parlamentə daxil olmuş, 10-cu parlament çağırışında spikerin birinci müavini seçilmişdir.